Суббота, 18.05.2024, 11:45
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа

"Olaylar” qəzeti yazır ki, sürətlə artan xəstəliklər siyahısında olan xərçəng xəstəliyinin etimologiyası (nədən yaranması) haqqında çox müxtəlif nəzəriyyələr var. Ancaq ayrı-ayrılıqda bu nəzəriyyələrin heç biri xəstəliyin əmələ gəlmə səbəblərini tam izah edə bilməyib. Hazırda elmdə bu xəstəliyin əmələ gəlməsində bir çox amillərin rolu olduğu müəyyənləşdirilib.

Bu barədə danışan professor Abuzər Qazıyev xəstəliyi əmələ gətirən amillər barədə məlumat verdi. Bildirdi ki, fiziki, kimyəvi, bioloji, hormonol və sair amillər var ki, bu amillər həm ayrılıqda, həm də kombinə olunmuş şəkildə bədxassəli şişlərin əmələ gəlməsinə səbəb ola bilər. Bu amillər ümumi ad altında kanserogen amillər adlanır:

"Bu sıraya ilk növbədə tütün tüstüsü, bir sıra qida komponentləri, cinsi münasibətlər və reproduksiyanın bəzi xüsusiyyətləri aiddir. Bir sıra kimyəvi maddələr və peşə amilləri, eləcə də bir sıra fiziki amillər, o cümlədən ultrabənövşəyi və ionlaşdırıcı şüalar, bir sıra infeksion amillər və başqaları da siyahıda yer alır. Bədxassəli şişlərin əmələ gəlməsinin 90-95 faizi ekzogen, 5-10 faiz isə endogen amillərlə bağlıdır.

Endogen amillər arasında genetik amillər, irsiyyət də yer tutur. Bədxassəli şişi əmələ gətirən maddə hüceyrənin genetik aparatını zədələyir və şişlərin əmələ gəlməsinə səbəb olur. İrsiyyət şişlərin bir qrupunda əsasən meyltörədici, az bir qismində isə etimoloji amil rolunu oynayır. İnsanda bdxassəli şişlərin əmələ gəlməsinə şərait yaradan 200-ə qədər genetik sindrom var. Bəzən eyni ailənin üzvlərində eyni lokalizasiyalı şişlərə təsadüf etmək olur.

Ekzogen amillərə ətraf mühit amilləri və həyat tərzi aiddir. Qidalanma amilləri 30-35 faiz hallarda bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Siqaret çəkmə 30 faiz, reproduksion amillər 4-5 faiz, peşə amilləri 4-5, ionlaşdırıcı şüalar 4-5, ultrabənövşəyi şüalanma 2-3 faiz, alkoqol qəbulu 2-3 faiz, atmosfer havasının çirkələnməsi 1-2 faiz və digər amillər 12-18 faiz təşkil edir”.
Onu da qeyd edək ki, dünyanın müxtəlif ölkələrində xəstəliyin yayılma göstəriciləri fərqlidir. Professor bildirdi ki, şəhər əhalisində kənd əhalisi ilə müqayisədə xəstəliyə daha çox rast gəlinir.
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024