Суббота, 18.05.2024, 13:08
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа


Üz quruluşuna görə makiyaj!


Yaxşı bir makiyaj üçün, əvvəlcə üzünüzü tanımağınız lazımdır. Oval, üçbucaq, kvadrat, uzun və ya yumru bir üzünüz olsun, doğru makiyaj edərək, gözəl tərəflərinizi önə çıxara bilərsiniz.

Oval üz: Üzünüzə daha dərin bir ifadə vermək üçün, ənliyi almacıq sümüyünüzdən qulağa doğru üfüqi şəkildə sürtün. Üzünüzü bucaqlı deyil, yumru göstərəcək bir makiyaj etməyə diqqət yetirməlisiniz.

Üz quruluşuna görə makyaj

Bucaqlı üz: Sərt görünüşlü xəttlərinizin, daha yumşaq görünməsini təmin etməlisiniz. Bunun üçün, sürtdüyünüz tünd rəng tonlaşdırıcı kremin (tonalniy) üzərinə, ortaya çıxmasını istədiyiniz yerlələri işıqlandıracaq, açıq rəng bir tonlaşdırıcı krem sürtün. Ənliyi, almacıq sümüyün üzərinə, yumru olaraq tətbiq edin.

Üz quruluşuna görə makyaj

Yumru üz: Etməyiniz lazım olan şey, çənə və almacıq sümüklərini diqqətə çarpmaqdır. Dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Diqqətə çarpan olmasını istəmədiyiniz yerlərə tünd tonlaşdırıcı krem ilə kölgələmə edin. Ənliyi, almacıq sümüyünüzdən başlayıb, gözün xarici ucuna doğru, yanaq çuxurunda bir üçbucaq meydana gətirəcək şəkildə sürtün.

Üz quruluşuna görə makyaj

Üçbucaq üz: Əgər geniş bir alnınız varsa, çənə bölgəniz darsa, tonlaşdırıcı kremlə alın bölgənizi kölgələyərək daraldın. Diqqətə çarpan hala gətirmək istədiyiniz bölgələri, açıq rəng tonlaşdırıcı kremlə işıqlandırın. Ənliyi almacıq sümüyünüzün üzərindən, gözün uc hissəsinə doğru, ellips şəklində tətbiq edin.
Əgər alın bölgəniz dar, çənə bölgəniz genişsə, alın bölgənizi ortaya çıxarın. Çənə bölgəsini, tünd rəng tonlaşdırıcı kremlə kölgələyərək, daha dar görünməsini təmin edin. Ənliyi almacıq sümüklərinizə yumru şəkildə tətbiq edin.

Üz quruluşuna görə makyaj

Kvadrat üz: Yumşaq bir ifadə üçün, dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Üzünüzün üst hissəsində, 2 ton tünd tonlaşdırıcı krem , saç diblərindən gicgahlarınıza doğru, kölgələmə edin.

Üz quruluşuna görə makyaj

Uzun üz:
Dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Alın və çənə bölgəsini, üfüqi şəkildə, bədəninizdən 1-2 ton tünd rəng tonlaşdırıcı kremlə kölgələyin. Ənliyi almacıq sümüklərinizin altına sürtün.
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024