Суббота, 18.05.2024, 12:08
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа

Bu qidalar orqanizm üçün çox təhlükəlidir

Mütəxəssislər sağlamlığa ən zərərli 10 qidanı araşdırıblar.
Siyahıya düşmüş ərzaqların zərələri ağır xəstəliklər törədə bilmə xüsusiyyətlərinə görə seçilib.
Bu seçilənlər orqanizmində problemi olanlar üçün çox təhlükəli ola bilər, ancaq sağlam insanlarda az miqdarda gec-gec istifadəsi bu qədər təhlükəli deyildir.

Sağlamlıq düşmənlərində birinci yeri Çips və qazlı içkilər tutur.
Səbəbini isə belə izah edirlər: Çips- boya və dad əvəzedicilərlə qılaflanmış yağ və karbohidrat qarışığından ibarətdir. Hazırlanma xüsusiyyətindən asılı olaraq çipslərdə çox miqdarda kanserogen (xərçəng törədən maddələr) əmələ gəlir.
Hidrogenləşdirilmiş yağlar isə qanda xolesterinin miqdarını artırır. Hansı ki, bu yağlara "qatil yağlar” da deyirlər. Bu yağlar infarkt və insultların yaranma riskini artırır.
Şirin qazlı içkilər- şəkər, kimyəvi maddələr və qaz qarışığından ibarətdir. Tərkibində adətən, aspartam(E951), sintetik şəkər əvəzedicisi olur. Aspartamın tərkibinə daxil olan felatanin hissiyyat həddini təhrif edir, böyük dozalarda istifadə zamanı maniakal depressiya, panika, əsəbilik və hətta zorakılıq tutmalarının inkişaf etməsinə səbəb ola bilər. Bundan əlavə konservant kimi istifadə olunan Natrium -benzoat(E211) orqanların fəaliyyətini zəiflədir və nəticədə maddələr mübadiləsi pozularaq piylənməyə şərait yaranır.

Bu sıralamada ikinci yerdə "fastfud” adı verilən qidalardır.
Ən tez hazırlanan yeməklər : dönərlər, hamburgerlər, qutablar, perojkilər, şaurma, fri kartoflar və ümumiyyətlə qızardılan hər şey çox zərərlidi. Çünki onları eyni transgen yağda qızardırlar, yağı gec-gec dəyişirlər, dadı dəyişməsin deyə kimyəvi maddələr əlavə olunur ki, bunlar hamısı konserogendir. Bu cür qidalanma illər sonra həzm sistemində pozğunluqlara- kolit, qastrit, qəbizlik, reflyuksa və s. gətirib çıxarır.

Sağlamlığımıza ən zərərli qidalar siyahısında böyüklü-kiçikli çox insanın sevimlisi kolbasa 3-cü yerdədir. Onunla eyni zərərvermə gücünə sahib hisdə qurudulmuş ərzaqlar da bu yeri onunla ortaq bölüşür.
Sosiska, kolbasa, viçinalarda adi ətdən daha çox qida boyaları və aromatizarlar vardır. Hisdə qurudulmuş ət və balıq da kanserogen maddələrlə çox zəngin olduğuna görə bu reytinqə daxil olub. Son dövrlərdə istehsalçıların əksəriyyəti genno-modifikasiyalanmış xammallara üstünlük verirlər. Məsələn, sosiska və kolbasalarda 80 % transgen soya var. Hisə verilmiş kolbasanın bir dilimində isə şəhər mühitində insanın bir il ərzində nəfəs aldığı qədər fenol birləşmələri mövcuddur. Bu maddələr isə insana zərər verməyə kifayətdir.

Dördüncü yeri konservantlaşdırılmış meyvə və tərəvəzlər tutur.
Hətta ən xeyirli və təbii ərzaqlar olan meyvə-tərəvəzlər əgər şose kənarında və ya fabrik-zavod yaxınlığında yetişdirilərsə zərərli ola bilərlər. Belə ərzaqlardan yeməklə siz çox miqdarda benzopiren və digər kanserogen maddəl qəbul etmiş olarsınız. Konservantların isə tərkibində çox vaxt Natrium-qlyutamat olur. Bu maddə zəhərlənmə, baş ağrısı, damarlarda spazm və hətta madələr mübadiləsinin pozulmasına səbəb ola bilər.

Sağlamlığımıza ən zərərli beşinci qida, marqarin və marqarinli şirniyyatlardır.
Marqarin başdan ayağa transgen yağdır. Bu yağın ən zərəli növüdür. Tərkibində marqarin olan bütün ərzaqlar ziyanlıdır. Bunlar piroqlar, kremli tortlar, qat-qat xəmirlərdən hazırlanan şirniyyatlar və s.- dir. Şəkər və yağla ifrat dərəcədə zəngin olan məhsullar maddələr mübadiləsini pozacaqlarına zəmanət verirlər.

Altıncı yerə kofe və energetik içkilər daxildir.
Bu cür içkilər gün ərzində 2-3 fincan artıq olmaz! Orta yaşlı insan ancaq bu qədər içərək sağlamlığına təhlükə yaratmaya bilər. Energetik içkilərdən mümkün qədər az-az istifadə edilməlidir. Süd məhsulları isə orqanizm tərəfindən mənimsənilməsi çətin olan məhsullara aiddir. Süd zülalları ilə zəhərlənmə ağır hallarda ölümə gətirib çıxara bilər. Ona görə süd və süd məhsullarında da diqqətli olmağı məsləhət görürlər. Süd faydalıdır deyib, ondan çox istifadə etməklə ziyanını görmək mümkündür.

Yeddinci yerdə isə dondurmalar və şorabalardır.
Əgər ev şəraitində hazırlanan şorabalarda sterilizasiya, duz miqdarı, dezinfeksiyaya düzgün əməl etsək və ağzını yaxşı bağlasaq qorxmadan bu tutmalardan istifadə edə bilərik.
Dondurmalarda qatılaşdırıcı maddələr və aromatizatorlar vardır ki, bunlar maddələr mübadiləsini zəiflədir və artıq çəkiyə yol açır.

Səkkizinci yeri uşaqların sevimlisi konfetlər, çupa-çupslar, jelibonlar və s. tutur.
Bu qidalarda külli miqdarda şəkər, kimyəvi əlavələr, boyalar, əvəzedicilər vardır. Mütəxəssislər uşaqları bu qidalardan uzaq tutmağı məsləhət görürlər. Ev şəraitində hazırlanan meyvəli kekslər, şirnilər daha zərərsizdir. Şokoladlarda isə diqqət edilməli dadı deyil, həqiqiliyi və keyfiyyəti olmalıdır.

Doqquzuncu yerdə yeməyə əlavə dad qatsın deyə qatılan maddələrdir. Toyuq əti, mal əti dadını verən bu qatqılar yeməyə xüsusi dad versə də sağlamlığa böyük zərər vurur.

Ən zərərli qidalarda onuncu yer salatların dostu olan –mayonezdir.
Mayonez- kanserogen maddə sayılan transyağla zəngindir , bundan əlavə qanda xolesterinin miqdarını artırır. Plastik qabda qablaşdırılan mayonezləri yemək isə daha da təhlükəlidir, çünki mayonezin tərkibindəki sirkə, plastik materialdan kansoregen maddəni ifraz edə bilir. Mayonez külli miqdarda konservant və stabilizatorlarla zəngindir.
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024