965e3a7c33f1

Söz vermişdim özümə.
Bacarmadım özümlə.
Sevməyəcəkdim daha
Verdiyim son sözümlə.
Hardan çıxdın qarşıma
Sən bu cür qaş-gözünlə.
Öldürmədin öləydim.
Bu düşdüyüm kələkdir.
Tənha qalacamsa, mən
sevgi nəyə gərəkdir?
Mənə rahatlıq haram.
Qız deyil bu mələkmiş.
Sinəmdəki döyünən
daş deyilmiş
ürəkmiş.
Qəlbimdəki qasırğa
sanma adi küləkmiş.
Səni sevirəm, gözəl.
Sənsizlik mənə dərddir.
Deyə bilməyəcəmsə,
sevgi nəyə gərəkdir?
Bu dar gündə, zamanda
yanımda olmadınsa,
Həyatıma günəştək
üfüqdən doğmadınsa,
Sənsizliyi içimdə
sevginlə boğmadınsa,
Uzaqlara qaçmağım
düzgün bir hərəkətdir.
Nəyə lazımdır axı,
Sevgi nəyə gərəkdir?
Ömürlük yanımda ol.
Məni sənsiz buraxma.
Sən də məni sevirsən.
Sən də mənsiz darıxma.
Sənə bir söz deyəndə
bir imkan ver, danışma.
Bəlkə sənə sözüm var.
Susmağın məsləhətdir.
Mənə qara gözlərin,
sənin sevgin gərəkdir.