Суббота, 18.05.2024, 15:09
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0

Block title

Форма входа

Çox insanlar bilir ki, qeyri-sağlam vərdişlər, məsələn siqaret və içki insan həyatını qısaldır. Lakin həyatımızda adi qəbul edəcəyimiz şeylər də var ki, əslində ölümə səbəb olurlar.

1. Mikrodalğalı sobadan popkorn yemək

Tədqiqatlar göstərib ki, mikrodalğalı sobadan popkorn yemək ciyərlərə çox pis təsir göstərir və həyatımızı qısaldır. Mikrodalğadan popkorna keçən diasetil adlanan kimyəvi maddə ciyərlərimizə düşərək onu zədələyir.

2. Maço həyat tərzi

Tədqiqatlar göstərib ki, ənənəvi həyat tərzinə sadiq qalan kişilərin ( məsələn, qadın işləməməli evdə oturmalıdır, uşaq doğmalıdır kimi fikirlərin sahibləri) 40 faizi həyatlarının qayğısına qalmırlar. İsveçrəli Alternet Hüqo yazır: "Kişilər adətən səhv həyati seçimlər sayəsində tez ölürlər.”

3. Böyük döş

Böyük sinəli qadınlar həyatlarının beş ilini itirirlər. Belə qadınların daşıdığı əlavə yük sümüklərdə ağrılar, baş ağrıları və diabetlə nəticələnir.

4. Təqaüdə tez çıxma

55 yaşında təqaüdə çıxan insanların 89 faizi çox güman ki növbəti 10 ildə ölürlər. Onlar 65 yaşında təqaüdə çıxanlardan daha az yaşayırlar.

"Şell" şirkətinin tədqiqatçıları araşdırıblar ki, tez təqaüdə çıxan adamlar birdən birə həyati məqsədlərini itirirlər ki, bu da onların səhhətinə pis təsir edir.

5. Diş sapından istifadə etməmək

Müntəzəm olaraq diş sapından istifadə etməmək yalnız damaq xəstəliyi riskini yaratmır, həm də ürək-damar xəstəlikləri riskini artırır və sizin altı illik həyatınızı əlinizdən alır. Damaqların xroniki xəstəliyi qan damarlarına təsir edir, onları qıcıqlandırır.

6. Yuxu dərmanlarının qəbulu

Tədqiqatlara görə, müntəzəm olaraq yuxu dərmanları qəbul edən xəstələr, dərman qəbul etməyənlərə nisbətən 4.6 dəfə tez ölürlər. Hətta ildə sadəcə 4 həb qəbul edənlər 3.6 dəfə tez ölürlər. Həblərin tərkibindəki təhlükəli psixoaktiv maddələr ölümə səbəb olur.

7. Televizora baxmaq xəstəliyi

Gündə sadəcə iki saat televizora baxmaq həyatınızın 1.4 ilini oğurlayır. Tədqiqatlar göstərir ki, həddindən artıq oturaq həyat erkən ölümlə nəticələnir.

8. Çox yatmaq

Kaliforniya universitetinin 1.1 milyon insan üzərində apardığı altı illik tədqiqatlar göstərib ki, gündə 8 saat yatan inssanlar, gündə 6-7 saat yatan insanlardan daha erkən ölürlər. Çox yatmaq diabet, baş ağrısı, depressiya və ürək xəstəlikləri yaradır.

9. Nəqliyyatdan çox istifadə

Gündəlik nəqliyyatdan çox istifadə etmək həyatınızı qısaldır. Bütün stress və hərəkətsizlik əsasən belə təsir edir, kökəldir və piylənməyə aparır.

10. Çox qırmızı ət yemək

Gündə minimum 100 qram qırmızı ət yeyən insanların 30 faizində erkən ölüm riski var. Qırmızı ətdən çox istifadə ürək-damar xəstəlikləri ilə nəticələnir.
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024