İstədim ayrılam o çağlarımdan
Getsin eşq havası qulaqlarımdan
Görsəm yaş süzülür yanaqlarından
Bildim hara getsəm qalacaq bu iz
Niyə mənə bu qədər doğmasan bu qədər əziz?

Sevgilim gəlsənə yenə də gələk üz-üzə
Doyunca söhbət edək baxıb göz-gözə
Bəlkə öyrəşmişik bir-birimizə?
Gəlsənə bir müddət görüşməyək biz?
Niyə mənə bu qədər doğmasan bu qədər əziz?

Sən necə məst oldun şərab içməmiş
Bu sevda başımdan hələ keçməmiş
Sən bizə gəlməmiş gəlin köçməmiş
Dərdini, qəmini göndərdikce iz
Niyə mənə bu qədər doğmasan bu qədər əziz?

Mən çörək gətirim sənsə duzunu
Kəsək məhəbbətin duz-çörəyini
Sevgi süfrəsində kəsək quzunu
Eşqimlə mən öpüm qız ürəyini
Sən sakit bir sahil mən coşğun dəniz
Niyə mənə bu qədər doğmasan bu qədər əziz?

Sevgilim ne olar gül danış
Həqiqi məhəbbətə qayna qarış
Bu yol hara gedir Namiqdən soruş
Sənə gəlməyə arxamca qoymuşam bir iz
Niyə mənə bu qədər doğmasan bu qədər əziz?