Суббота, 18.05.2024, 14:39
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа

Mişel Monten aforizmləri
Avaraçılıq ən böyük istedadı da məhv edir.

Sözün yarısı onu deyənə, yarısı da qulaq asana məxsusdur.

İgidlik cəsarət və iradədən doğur.

Qorxu-qəddarlığın anasıdır.

Kim şöhrətpərəstlik xəstəliynə tutulmişsa, onun bütün ömrü iztirablarla zəhərlənmişdir.

Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir.

Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun meddət davam edir.

Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilər.

Yalançılıq-ən alçaldıcı və ən iyrənc qəbahətdir

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

Ədalətin olmadığı yerdə əxlaq da yoxdur.

Dünyaya gəldiyiniz gün bir tərəfdən yaşamağa, bir tərəfdən ölməyə başlarsınız.

Bütün günlər ölümə doğru gedir; son gün ona çatır.

Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır.

Eşq utanma və çəkinmənin olduğu yerdə vardır.

İnsanlar başaqlara bənzərlər. İçləri boşkən başları havadadır, dolduqca əyilərlər.

Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.

Sokrat söylədi deyə deyil, öz yaradılışıma uyğun olduğundan, üstəlik həddindən artıqlığa belə qaçaraq, bütün insanları həmyerlim sayıram.

Bir polyakı eynilə bir fransız kimi qucaqlayıram, dünya ilə qohumluğumu öz xalqımla qohumluğumun üstündə tuturam.

Başqalarının bilgisiylə bilgili olsaq belə, ancaq öz ağılımızla ağıllı olarıq.

Təvazökar ürəklərdə yaşayan düşüncələr, ən yüksək düşüncələrdir.

Üstün sayılan insanlara yaxından baxınca anladım ki, çoxu hər kəs kimi insandır.

Yaşlanmanın, üzümüzdən çox, ağılımızda qırışıqlıqlar meydana gətirəcəyindən qorxaram..

İllərin əlimizdən çəkib aldığı yaşama zövqlərini dişimiz, dırnağımızla müdafiə etməliyik.

Kral da, dilənçi də eyni iştahla acırlar.

Ən cox inandığımız şeylər, ən az bildiklərimizdir.

Məktəblər basdırılmış gəncliyin həbsxanalarıdır.

Başqalarına olduğu qədər özümüzə də yadıq.

Ölümün bizi harada gözlədiyi müəyyən deyil, yaxşı budur biz onu hər yerdə gözləyək.

Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır.
Mişel Monten aforizmləri
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024