Çirkin
bir qadına kişilərin necə heyranlıqla tamaşa etməsinin şahidi
olmusunuzmu?Adi bir misal. Məşhur müğənni və aktrisa Barbara Streyzend
Hollivudun ən çirkin qadınıdır. Buna baxmayaraq, o, həm də ən arzuolunan
qadındır. Gündəlik həyatımızda da belə hallara az rast gəlmirik.
Maraqlıdır, görəsən, bu qadınlar nə ilə diqqət mərkəzində qala bilirlər?
Əvəzsiz şarm, hədsiz cazibə, qüsursuz zövq və parlaq stillə! Fransızlar
hesab edirlər ki, hər bir qadın mütləq şarma və fərdi stilə malik
olmalıdır. İndi bütün dünyada qadınlar öz imicləri üzərində gecə-gündüz
çalışırlar. Əgər sizi də bu az-çox maraqlandırırsa, onda bəzi
məsləhətlərlə tanış olun. Amma unutmayın ki, hər yaşın öz gözəlliyi var!
14-18
yaş — qızların həm fiziki, həm də psixoloji cəhətdən formalaşdığı
dövrdür. Bu yaşda olan qızlar imiclərini, əsasən, sevdikləri artistlərə,
kumirlərinə bənzəmək üzərində qururlar. Yeniyetmə qızınızın rok
ulduzları kimi geyinmək həvəsi sizi qorxutmasın. Onlar üçün şəxsi stil
seçmək, qərar qəbul etmək hələlik çox çətindir. Yeniyetmələrdə özünə
inamsızlıq və seçilmək hissi çox güclü olur. Müasir yeniyetmələr idman,
cins stillərinə üstünlük verirlər. Lakin yeniyetmə qızlar da ümumi
qaydalara tabe olmalıdırlar. Bu yaşda olan xanımlar, makiyajdan istifadə
etməyin! Böyük görünmək arzusu sizə ananızın paltarlarını geyinmək və
qadın kimi bəzənməyinizə əsas vermir. Ümumiyyətlə, klasshikadan uzaq
olun. Əgər düzgün bədən quruluşuna maliksinizsə, dar cins, şalvar,
hədsiz qısa olmayan mini yubka, mayka geyinin. Hələ ki, bunu etmək
imkanınız var.
18-25 yaşda bütün qızlar artıq formalaşırlar. Bu
qadın gözəlliyinin ən zirvə mərhələsidir. Bu yaşda qadınlarda «Kim
olmaq?» sualı meydana çıxır. Həm ixtisas, həm də stil baxımından. Qızlar
xarici görünüşləri barədə ən çox elə bu yaşda düşünməyə başlayırlar.
Siz nə etməlisiniz? Özünü əsl qadın kimi tərbiyə etməli, diqqəti
individuallığa yönəltməli, özünüzdə sayılan şəxsiyyət yetişdirməlisiniz.
Lakin təqlid yolu ilə yox! Maksimum dərəcədə zərif olun. Bütün bəzək
aksessuarlarından istifadə etmək imkanınız var. Bundan yararlanın.
25-35
yaş. 30 yaşı keçmiş qadının artıq konkret stili olmalıdır. İndi siz
qadın gözəlliyinin, yetkinliyinin ən parlaq mərhələsindəsiniz. Bu yaşda
qadın özünə əmin olduğu qədər də açıq fikirli olur. Siz artıq öz
üstünlüklərinizi bilirsiniz və onlardan yerində istifadə etmək imkanına
maliksiniz. Gözəl geyinmək fürsətini əldən verməyin. İşdə və adi həyatda
ayrı-ayrı imiclərə malik olmalısınız. Modanın dalınca qaçmayın, lakin
ona biganə də yanaşmayın. İstifadə etdiyiniz bəzək əşyaları mütləq nəcib
metallardan və qiymətli daşlardan olmalıdır.
35-45 yaş qüsursuz
gözəllik mərhələsidir. Hisslərin ən yüksək mərhələsindəsiniz, bu, əsas
üstünlüyünüzdür. Bu yaşda qadınlar qüsursuzluğa can atırlar. Qarderobu
diqqətlə seçir, bahalı ayaqqabı və zinət əşyalarına üstünlük verirlər.
Bu yaşda ümumi stil seçilsə də, bəzi toqquşmalar olur. Geyimdə və
makiyajda yüngüllükdən, ifrat dərəcədən uzaq olun. Ekstravaqant saç
düzümlərindən və gənclərə uyğun modalardan istifadə etməyin.
45-55
yaşda da qadın gözəldir! Bu illər eleqantlığın təcəssümüdür. Bu dövrü
yaşayan qadınlar öz dəyərlərini bilirlər, inamlıdırlar və şəxsi
imkanlara malikdirlər. Həyata rəngli şüşə arxasından baxmırlar. Bu yaşda
qarderob bir də yeniləşir. Geyimdə və makiyajda qüsursuz rəng qamması,
bahalı və mütləq hündür daban ayaqqabılar sizin əsas seçiminiz
olmalıdır. Unutmayın ki, illər sizdən özünüzə daha diqqətlə yanaşmağı
tələb edir. Üzə, bədənə, saçlara xüsusi fikir verin. Emosiyalarınızı
boğun, ekstravaqantlıqdan uzaq olun. Ərköyünlüyü bu yaşda birdəfəlik
unutmaq lazımdır! Zinət əşayalarına gəlincə, sizə yalnız brilyant
yaraşır