Суббота, 18.05.2024, 16:19
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа


Tərkibi (30 sm ölçüdə 3 pizza üçün):

xəmir:
250 ml süd
7-10 q quru maya, yaxud 50 q yaş maya
3 ç.q. şəkər tozu
5 x.q. bitki yağı
2 yumurta
500-550 q un
duz

iç:
ketçup və tomat pastası
ananas konservi
vetçina və ya kolbasa, sosis
pendir

Mayanı isti süddə əridin, şəkər tozu əlavə edib qarışdırın, isti yerə qoyun. 15 dəqiqəyə şişməlidir. Yumurtanı azca çalın, duz vurun. Bitki yağı əlavə edib qarışdırın. Oparanı (şişmiş mayanı) əlavə edib qarışdırın. Un əlavə edib yumşaq xəmir yoğurun. Xəmirin üzərini sellofanla örtüb isti yerə qoyun. Bunun üçün bir cama qaynar su töküb xəmir olan qabı onun üzərinə qoya bilərsiniz (su xəmir olan qabın altına dəyməmək şərtilə). Təxminən 30 dəqiqəyə xəmir gəlir.

Vetçina və ya kolbasanı (sosisi) saman kimi, yaxud da kubik doğrayın. Pendiri sürtgəcin xırda gözündən keçirin.

Xəmiri 3-4 mm qalınlıqda yayın. Yağlanmış dairəvi siniyə qoyun. Üzərinə ketçup və ya tomat pastası çəkin. Ananas və vetçinanı (kolbasanı) üzərinə döşəyin. Pendiri üstündən səpin.
180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024