x_58b6f4d0

Sən düşmürsən bircə an da dilimdən,
Hər yerdə adını anıram gülüm.
Harda olsan nəfəslərin içindən,
Seçib nəfəsini alıram gülüm.

Elə hey baxıram səndən doymuram,
Gözüm səndə başqa qıza uymuram,
Sənsizliyi yaxınıma qoymuram,
Sənli xəyallara dalıram gülüm.

Hər gecə salıram, köz ürəyimə,
Sonra da deyirəm döz ürəyimə,
Əlimi qoyuram öz ürəyimə,
Elə bil səninlə qalıram gülüm.