Суббота, 18.05.2024, 07:01
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа



Əziz userlerimiz, gülüş ömrü uzadır, deyirlər. Bu xəbərimlə sizin gününüzə gülüş qatmaq istədim.

Gəlin, birlikdə gülək.


Bir gün uşaq evə gəlib anasına deyir:

-Ana, bu gün müəllim bir sual verdi, hamıdan birinci mən cavab verdim.

Anası deyir:

-Ay mənim ağıllı balam, nə sual verdiki müəllim?

-Dedi ki məktəbin aynalarını kim sındırıb? Mən də tez əlimi qaldırıb dedim ki, mən...


Bir gün ana dovşana gəlib deyirlər ki:

-Oğlunuz dərslərini pis oxuyur, hər gün 2 alır.

Ana dovşan deyir:

-Xeyr, yalan danışmayın, mənim oğlum nə versələr alandır...


Bir gün dəlixananın müdürü dəliləri yoxlamağa gəlir, deyir görək hansısa ağıllanıb? Görür ki həyətdə dəlilərdən biri divara maşın şəkli çəkir. Öz-özünə fikirləşir ki yəqin bu ağıllanıb. Dəliyə yaxınlaşıb soruşur:

-Sən o maşın şəklini nə edəcəksən, neynirsən onu?

Dəli deyir:

-Sürüb evimizə gedəcəm...

----------------------------------------

Bir gün meşədə heyvanlar bir yerə toplaşırlar, hava soyuq olduğundan odun lazım olur. Şirə deyirlər odun gətirməyi, şir razılaşmır. Dovşana deyirlər, dovşan razılaşmır. Pələngə deyirlər, pələng də razılaşmır. Axırda tısbağaya deyirlər, tısbağa razılaşır. Aradan 5-6 saat keçir, heyvanlar öz aralarında tısbağanın dalınca danışmağa başlayırlar. Deyirlər ki, bu tısbağanı da bir yerə göndərəndə 5 saatdan gəlir. Tısbağa deyir:

-Ayə, hələ qapıdan indi çıxmışam, dalımca danışmağa başladınız. Getmirəm, odun filan gətirməyə...

----------------------------------------

Uşağın 5 yaşı olur,amma o hələ də danışmır.Ailəsi çox narahat olur.Bir gün səhər yeməyinde uşaq "hardadi eee bu qənd?” deyəndə atası və anası şoka düşürlər və atası soruşur:

-Oğlum,bəs, bu günə qədər niyə danışmırdın?

Oğlu cavab verir:
-Bu günə qədər hər şey yolunda idi.

Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
- Nəyə gülürsən?
- Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Amma bu dəfəkini heç eşitməmişdim.

---------------------------------
85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:

Gəl, cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək.

Qoca həmin yerə gedib arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur:

-Niyə gəlmədin?

Arvad da deyir:

-Atam buraxmadı.




Mamed moskvaya gedir qatar yola 2 saat ara verir...Mamed yemək zad yeyir qaydır qatara minsin səhvliklə Bakıya qayıdan qatara oturur...
Yuxarıda oturan kişiylə söhbətə başlayır.Mamed:dayı səndə moskvaya gedirsən?
Kişi: Yox ay bala mən Bakıya qayıdıram...
Mamed: Ala kopoolunun texnologiyasına baxeee yuxarı bakıya qayıdır,aşağı moskvaya gedir :)))


Uşaqliqda yixilanda 'heçnə olmaz , uşaq yixila-yixila böyüyər ' deyən xalanin nəvəsini yolda gördüm və uşaği itələdim , uşaq yixildi.Ayağa durdu mən yenə itələdim.Sürüdüm uşaği!İndi xala hər yerdə məni axtarir!Daaa demir ki uşağini böyüdürəm e bu da mənim yaxşiliğim :/


"Sevgilim niyə mesaj yollamır", deyə düşünərkən
sevgilim olmadığı ağlıma gəldi :/ Dərd üstünə
dərd gəldi e...xD


Bir gün biri luna parkda ətrafı gəzərkən, bir falçının çadırına girmiş, "Bir az əylənərəm" deyə düşünərək falçı qadının qarşısına oturmuş. Qadın önündəki kristal kürəyə gözlərini tikmiş, və "Ah" demiş. "Görürəm ki 2 uşaq atasısınız..." Adamı qəhqəhə basmış: " Ha.. Ha.. Ha.. Düz bilmədin.. Mən 3 uşaq atasıyam"
Falçı gülümsəmiş: "Sənə elə gəlir..."dedi.


Avtobusun dalınca bir kişi qaçır.Avtobusun içindəkilər pəncərədən başınıi çıxarıb ona baxır ve gülərək deyir: ha ha ha gülməkdən öləcəyik. Qaçan adam deyir: hə öləcəksiniz,mən avtobusun şoferiyəm :-D )))


Kişi həyat yoldaşının yanında mahnı oxuyur
Sevgili yarım gələcək, nazlı nigarım gələcək
Həyat yoldaşı səslənir: indi birin vuracam təcili yardım gələcək xD )))


Şəxs həkimə sual verir
-xəstənin dəli olduğunu necə bilirsiz?
-vannanı su ile doldururuğ xəstəyə 1 qawşıq 1 fincan 1 də vedrə veririk və deyirikki hansi ile boşaldarsan?
-hə anladım normal şəxs vedrəni seçer
-xeyir normal şəxs vannanın tıxaciını cıxardar.))


Məllimə uşaqlardan dərs soruşurmuş.İlk olaraq Əliyə sual verir.
-Əli,maşında gedirsən,isti oldu. neynəyərsən?
+Pəncərəni açaram
-Hə indi o pəncərədən gələn
küləyin sürətini hesabla.
Əli cavabı bilmir və 2 alıb
oturur.
Ardınca məllim Əhmədi
qaldırır.
-Əhməd,maşında gedirsən və istin olur,neynəyərsən?
+Pəncərəni açaram məllimə.
-Yaxşı indi o pəncərədən
gələn küləyin sürətini hesabla.
Əhməd də cavabı tapa
bilmir və o da 2 alır.
Məllimə Mamedi çağırır və
soruşur
-Maşında gedirsən və istin
olur,onda neynəyərsən Mamed?
+ Kondisoneri yandıraram məllimə.
-Bəs kondisoner işləmirsə

neynəyərsən?
+Köynəyimi çıxararam
məllimə.
-A bala birdən o da xeyir eləmdi,yenə tərlədin neynəyərsən axı???
+Məllimə dirəşmiyine öldürsəz də o pəncərəni açan deyiləm :DD
D



 



15 smlik kablokla Koridorda
podyumdakı
kimi yeriyən, dərsdə
ayaqqabılarını
çıxarıb, ayaqlarını dəmirlərin
üstünə qoyanlara "tələbə qız"deyilir:))


Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça
güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb
deyir: -Bu nə eybəcər adamdır! Evdə də bir neçə dəfə
beləcə güzgüyə baxıb gülür. Arvadı buna
təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb
güzgüyə baxır, öz-özünə fikirləşir: -Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub. Qaynana görür ki, gəlin çox pərtləşib.
Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və
deyir: -Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən,
nədi? Belə eybəcər arvada bənd oluf :DDD


Alo, salam ! Mən qəzetdəki elana
göre zəng edirəm. Siz fala
baxırsınız ?
- Bəli !
- Bazar günü sizin yanınıza
gəlmək olar ?
- Yox.
- Niyə ?
- Çünki şənbə günü yıxılıb qıçınızı
sındıracaqsınız:-D)))


mən sevgili axtarmaq əvəzinə bunu yazıram,sizdə sevgili axtarmaq əvəzinə bunu oxuyursuz))sora da gəlib şikayətlənirsizkii sevgilim yoxduuu falan filan)))

-"səni sevirəm" dedi
+valla nə deyim məndə özümü sevirəm gözəl şirin qızam, düzgün seçimdii))dedim o gün bu gün gedəndən xəbər yoxduu.mən nə dedim axı?:DD


Padruqam həyat çox sıxıcıdı, bir az adrenalin yaşamaq istəyirəm deyincə cibinə narkotik atıb polis idarəsinə təslim etdim. Həyəcandan tir-tir əsirdi minik kraliçam ^^ :D

Kinolarda sevgililər restoranda yemək
yeyəndə dalaşırlaree,
sonra qadın taxi'yə minib gedir,
kişi də həmin dəqiqə onun ardınca öz
maşınına minib gediraa?
Hə bax orda o yeməyin şotunu kim verir bilən var? :)


"SƏNI SEVİRƏM" diyəndə "Əlbətdə Məni Sevməlisən. Başqa kimi Sevəcəksənki???" diyərək adamı borclu çıxaran qıza AZƏRBAYCAN QIZI deyilir.))))))))

Qadindan yaş, Kişiden maaş, Şagird və Tələbədəndə dərs soruşmazlar...xD


-"I don't know" nə deməkdi?
+Bilmirəm.
-Kimə deyirəm deyir "bilmirəm"...Biriviz də
bilin də bu zibili :))))) :D

Beynəlxalq Kosmos yığıncağının birində söhbət gedərkən :
Amerikalı :
-Biz Marsa gedəcəyik.
Alman :
-Biz yanacaqsız gedən avtomobil yaradacayıq.
Fransız :
-Atom bombasını yararsız hala gətirən proyektlərimiz var.
MameD də onlardan geri qalmamaq üçün deyir :
-Biz də Günəşə gedəcəyik.
"Günəşə gedə bilməzsiniz", deyirlər, "Günəş yandırar".
MameD gülümsəyərək :
-O qədər də ağılsız deyilik, axşamın sərinliyində gedəcəyik də...xD




1)Meyit aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
- Gəl otur aparım səni gəzdirim.
Qiz: - Get tullanee burdan.
Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree -))


2)Müəllim
-Mamed,atan nə qədər maaş alir?
- 3000 AZN
Bəs anan?
2500 AZN
Indi cəmi sizin evə ayda nə qədər pul gəlir?
7000AZN
Otur "2" yaziram.
Istəyirsən "0 " yaz zato BOMBA yaşayırıq =))


3)Bir gün boksçu rinqə çıxmazdan əvvəl çantasın razdivalkada qoyub üstünə yazir bu çantani kim götürsə onu öldürəcəm imza boks üzrə 2 qat dünya çempionu..Döyüşdən sonra gəlirki çanta yoxdu və yerə yazilib ki, tapsan danışarıq imza qaçış üzrə 3 qat dünya çempionu =)


4)Suala sualnan cavab veren varliğa oğlan deyilir..Məsələn :
Qız: Hardaydın?
Oğlan: Kim? Mən?
Qız: O mesaj kimdən gəlib?
Oğlan: Hansı mesaj?
Qız: Dünən səni parkda başqa qızla gördüm.kimiydi?
Oğlan: Nə vaxt? Hansı park?
Qız: Məni sevirsən?
Oğlan: Səncə? =))))


5)Oğlan yoldan keçən qizdan soruşur:
-Haralısan gözəl?
-Məəəəəəən?
-Mələmə uje bildim =)))


‎6)2015 ci il TQDK 2-ci qrup Qəbul imtahanı Coğrafiya
Ən çox əhalisi var?
A) Mail.ru
B) Odnoklassniki.ru
C) Facebook.com
D) Vkontakte.ru =))))


7)Alimlərin fikrincə,insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarının adını və simasını unudur..Bizim alimlərin fikrincə,insan vəzifəyə keçəndən 22 saniyə sonra, nəinki sinif yoldaşlarını hətta qohumlarını belə xatırlamır =)))


8)Müəllim uşaqdan soruşur: Səməd Vurğun kimdi?
Uşaq: bilmirəm.
Muəllimə: Əhməd Cavad kimdi? Uşaq: bilmirəm..
9)Uşaq: müəllimə olar sizə 1 sual verim? Muəllimə: buyur ver..Uşaq: Siz Ramini taniyirsiz? Müəllimə: xeyir, Uşaq: müəllimə gördünüz hərənin öz kruqu varda =)))


10)2 nəfər piyan qatar reyslərinin üstündə sürünə sürünə gedir. Biri digərinə
-Ala bu nə uzun piləkəndi çix cix qurtarmir. Yoruldum eeee
Digər piyan cavabinda:
-Brat narahat olma baax lift gəlir artiq =))


11)Şagird görür bufetdə yer yoxdu..Yeməyin götürüb müəlliminin yanında oturur.
Müəllim deyir:
Öküzlərnən quşlar eyni stolda yemək yeyə bilməzlər !
Şagird: Onda mən uçdum =))


12)Bir ata olur..Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir.
Böyük oğul deyir: Atamıza bax, donuz kimi yeyir..
Ortancıl oğul deyir: Ay eşşək atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir: Atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye =))


13)Bir qonaqlıqda balaca uşaq əlini süfrənin ortasına uzadıb ürəyi istədiyini götürür..
Anası ona deyir: Bala dilin yoxdu?
Uşaq: Dilim balacadı axı ora çatmır =)


14)Müxtəlif ölkələrdə evlənmə təklifi:
Russia:Viydeş za mena?
America:Do yo marry with me?
Turkey:Benimle evlenirmisin?
Azerbaijan:Atova de ginən axşam gəliriy =))


‎15)3 yarasa ağacdan sallanıb başı aşağı söhbət edir.Birdən biri dik qalxır yuxarı..O birsi yarasa o birindən soruşur:
"Ala buna noldu?".
Ala heçnə deyəsən "Ürəyi getdi" =))


16)Oğlan: - Həyatım sən niyə evlənmədən qabaq "həyasiz" olduğunu demədin?
Qız :Sürpriiiz etmək istədim, aşkııım =))


17)Restoranda söhbət:
Oğlan: Canım,sən 100 metri neçə saniyəyə qaçırsan?
Qız: ALLAH başıva daş salmasın,yenə pullarıvı evdə qoyub gəlmisən? =))


18)Deməli sən mənə ərə gəlmirsən hə?
-yox gəlmirəm! Mənim ərə gədəcəyim kişi həm ağıllı həmdə centlmen olmalıdı
-bəs yadında deyil? mən səni lodka çönəndə ölumdən xilas eləmişdim?
-hə yadımdadı centlmenliyin var...amma bu o demək deyil ki agillisan
-bəs səncə o lodka öz başına çevrilmişdi? =))


19)Biz Azərbaycanlılar qapi döyüldüyündə "kimdiiiiiii"? sualına
verilən "Məəəən" cavabının SƏS analizini eliyib, həmin adamın kim olduğunu tapa bilən fitri istedada malik bir millətik =))


20)Bir gün həyətdə 2 oğlanın mübahisəsi düşür oğlanlardan biri deyirki göydəki ulduzdu digəri deyir aydı..Nə isə bunlar belə bir neçə saat davam edirlər axırda bir oğlan görürlər oğlani çağırıb soruşurlar:- Qaqaş bu göydəki ulduzdu yoxsa ay?
Qaqaş:-Mən nə bilim ala mən bu məhlədə qalmıram =))






Sizdə də evə gələn qonağı yola salarkən qapının ağzında bitməyən bir söhbət başlayırmı? :))

Üst Pijamanı alt Pijama içinə, alt Pijamanı da corabların içinə soxaraq yatma mövsümü açılmışdır. Xeyirli, uğurlu olsun. :))
Dünyada dolmayan yeganə şey nədir?..-
+Azərbaycan martşurutu..:))
-Keçin orta boşdu..Merhibanlaşın..:D


Metroda bow yer goren Nenenin suretine Ferrarininde sureti catmaz :D

Qızların tuj vurarkən ağızlarının açıq qalma səbəbini alimlər hələ də müəyyən edə bilməyiblər :)

O" deyince aglınıza kim gelirse, Allah sizi onsuz buraxmasın..
menim "O" deyende aglima Elifbaninin gombul herfi gelir :D


Qiz status yazir:
♥ Onun üçün çooox darixmişam ♥
Gələn commentlər:
-caaan gəl inboxa ♥ -im.
-Bacış keçər canim :*


Oğlan status yazir:
♥ Onun üçün çooox darixmişam ♥
Gələn commentlər:
-Ala nə artisdiy elisən,atonda belə deyirdi.
-Daw başuva qiz üçün darixir!
-Yetim yenə kimə artisdiy elisən?... :DD


Telefona forsla çlifon deyən qız sən öl təpənnən elə vuraramki "Mango"nu "Sədərək" görərsən :DD

Tagi: Tez tez Moskvaya gedirsən, arvadini niyə aparmirsan??
Mamed: Sən Göyçaya gedəndə Nar aparirsan?? :D

Deyirem o vaxti wairlerimiz de az olmiyibaa......
Gece xelvetce bize sevgili yargelmiw idi:))
Ay Nizami,bele pis cixmasun xeyiridi?? :)))

-Oğul sözlərimi sirğa et qulağımda..
+Ata yaxşı oğlan sirğa taxmaz !!

Ata vurmaaa... Vurma ata... :DD


Bir qız sizə "Aşkım" dedisə əgər —həyacanlamağa ehtiyac yoxdur..Onlar oyuncaq ayıya da, rəfiqələrinə də"aşkım" deyirlər :)))

Telebelere taniw kelmeler:
Sparqalka-tecili yardim
Parta-kazino
Zeng-start
Kitab-baliw
Koridor-podium
Perde-ayaqqabi desmali
Yemekxana-hotel calefornia
Kagiz-futbol topu
Qelem-soyuq silah :DDD


Nə qədər göz həkimi var, dərmanlar var...Amma bu worgözlüyün dərmani yoxdu ee dirəm :DDD
Sevgilisi ola ola bawqasina baxanlar gözünüz cixsin,cixsin gözünüz :D

Meşədə şir ölür. Tısbağanı göndərirlər kəfən almağa. Tısbağa gedir. Şirin 7-si çıxır, 40-i çıxır gəlmir, ili çıxır gəlmir.Şir'in 2 ili olanda heyvanlar oturub bunu yad edirlər. Bu vaxt tısbağa əlində kəfən qapını açır. İçəri girəndə
kəfən qapıya ilişib cırılır. Tısbağa : Tfuuu, tələsik iş görəndə belə olurdaa xD )))

1 gün avtobusda uzun saçlı, emo stilində 1 qaqaş dayanir.
1 qoca arvad da pulu sürücüyə ötürmək üçün ona verib deyir:
-Ay qiz bu pulu şoferə ver.
-Ay xala, mən qız deyiləm.
-Əwi mən nə bilim sən ərdə olmusan ya yox :))xD

Niyaməddin Musayevin mahnısında :

Yarandıq biz 1 gündə,
Sevişdik biz 1 gündə,
Ayrıldıq biz 1 gündə,Neyniyim, canım neyniyim.

Rəhmətliyin oğlu, day bundan artıq neyniyəcəksən ki ... :DDDD

Yenicə dil açan uşağa evdə danışmağı öyrədirrlər:
-Amerikada: Ata de ataaaaaaata ..
-Rusiyada: Ana dedi balacam, Ataaa, anaaaa ..
-Azərbaycanda: Dayını söy,söy dayını,denen dayi eşşek :D

Mamed arvadını öldürür..
Hakim: niye öldürmüsen arvadını
Mamed: Mene xeyanet edib!
Hakim: hardan bildin?
Mamed: özü dedi ki, Hacı şakirlə çimmişəm :)))


Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024