2:1
yumurtanın ağına 1 limonun qabığını rəndələyin və krem
konsistensiyasına gələnə qədər qarışdırın. Lazım olsa bir az daha limon
qabığı rəndəsi qoya bilərsiniz. Hazırladığınız qarışığı duşdan bir saat
əvvəl dərinizə masaj edərək sürtün.
Qırışıqlıq Maskası
Bir
miqdar cökənin çiçək və yarpaqlarını əzin. Daha sonra süd və xiyar suyu
əlavə edərək krem konsistensiyasına gələnə qədər yoğurun və yatmazdan
əvvəl dərinizə sürün. Həftədə iki dəfə tətbiq edə bilərsiniz.
Qırışıqlıq Maskası
2: Eyni miqdarlarda acı badam yağı, düyü unu və 1 yumurtanın sarısını
bir qabın içində yaxşıca qarışdırın. Daha sonra krem konsistensiyasına
gələnə qədər süd əlavə edərək yoğurun. Hazırladığınız kremi duşdan bir
saat əvvəl dərinizə masaj edərək sürtün. Həftədə bir dəfə tətbiq edə
bilərsiniz.
Dəri Ləkələri Üçün Maska:
Bir neçə dənə kökü rəndələyərək suyunu çıxarın. kökün suyuna sırasıyla
bir az gilli torpaq daha sonra məlhəm konsistensiyasına gələcək qədər
zeytunyağı qarışdırıb yoğurun. Bu məlhəmi gündə bir dəfə ləkəli dəriyə
sürtün. Bir müddət sonra ləkələrin itdiyini görəcəksiniz.
Dəri Ləkələri Üçün Maska
3: 1 ədəd almanın sununu 1 ədəd limon suyu ilə qarışdırın. Daha sonra
qarışığın içinə bir az zeytunyağı və süd əlavə edib batıq atəşdə
qaynadın. Hazırladığınızı soyuduqdan sonra dərinizə masaj edərək gündə
bir dəfə sürün.
Parlaq Bir Dəriyə Sahib olmaq Üçün Maska:
İki ovuc hərcayi çiçəyini qurudub döyərək toz halına gətirin və incə
bir ələkdən keçirin. Daha sonra krem konsistensiyasına gələcək qədər
isidilmiş bal əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız qarışığı
yatmadan bir saat əvvəl dərinizə sürtün və ilıq su ilə yuyun.
Parlaq Bir Dəriyə Sahib olmaq Üçün Maska 2:
2 ədəd turpu suda yaxşıca bişirib əzin. Əldə etdiyiniz sıyığa krem
konsistensiyasına gələcək qədər bir az süd, bir az bal və bir az badam
yağı əlavə edərək yaxşıca yoğurun. Bu kremi bütün bədəniniz və dəriniz
üçün duşdan bir saat əvvəl istifadə edə bilərsiniz.