Суббота, 18.05.2024, 10:14
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа

Vaxtilə xristian missionerləri Sakit okeanda Kuk adalarında yaşayan yerli əhaliyə bədənlərinə döymə vurmağı qadağan etmişdilər. Onlar deyirdilər ki, bu vəhşilikdir, sağlamlığa ziyan vurmaqdır. Bu günlər isə ada sakinləri öz qədim ənənələrinə qayıtmağa başlayıblar.

Bədən sənəti 19-cu əsrdə missionerlər gələnə qədər Cənubi Sakit okeanda yerləşən Kuk, Tonqa və Samoa adalarının yerli sakinlərinin ümumi ənənəsi idi. Adaların kişi döyüşçülərinin bədənləri müxtəlif rəngli döymələrlə dolu olurdu.

Kuk adasının paytaxtı Avaruada döymə studiyasının sahibi Luter Berq deyir:

"Əvvəllər qayıqla kimsə yaxından keçirdisə, onun döyməsinə baxıb kim olduğunu və hara getdiyi bilmək olurdu. Siz onların Tonqadan və ya başqa adadan olduğunu, ailələrini təxmin edə bilirdiniz".

Ustad Samoa döyməçiləri nəslinə adi Sua Paul Sulueyp sentyabrda Yeni Zelandiyada Uellinqton Şəhər Qalareyasını ziyarət edib orada öz qədim döymə sənətini nümayiş etdirmişdi. Sulueyp deyir ki, Kuk adalarının da ənənələrinə qayıtmasını alqışlayır:

" Eyni proses Tonqada da baş verir. Mənim atam oradakılara yerli ənənə texnikasını öyrədir".

Kuk adalarının ənənələri haqqında "Keçmişin izləri” kitabının müəllifi Tereza Manqos deyir ki, 19-cu əsrdə adalara gələn missionerlər yerli əhalini məcbur ediblər ki, adətlərindən əl çəksinlər.

"Kuk adalarında kimsə döymə vurdursa ya cərimə edilirdi ya da ağır cəzalandırılırdı. Xristianlıq üçün utancverici hal idi ki, missionerlər bəzən insanların bədənlərindən döyməni dəriləri ilə birlikdə çıxarırdılar".

Sulueyp deyir ki, missionerlər ona görə döyməni qadağan ediblər ki, evdə vurulan döymələr ağrılı olurdu və çox qan çıxırdı.

" Amma ənənələr o qədər güclüdür ki, onlar bunun qarşısını ala bilmədilər. Mənə görə, bu biliyi nəsildən nəsilə ötürmək böyük şeydir. Bu Allah vergisidir".


"Döyməni dəri qarışıq çıxarırdılar" - FOTOLAR

"Döyməni dəri qarışıq çıxarırdılar" - FOTOLAR

"Döyməni dəri qarışıq çıxarırdılar" - FOTOLAR

"Döyməni dəri qarışıq çıxarırdılar" - FOTOLAR

"Döyməni dəri qarışıq çıxarırdılar" - FOTOLAR
Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024