Dostluqlar ya mənfəət ya da həzz üçün qurulur (Aristotel).
Dostluq qanadsız sevgiyə bənzəyir (D. Bayron).
Kişi ilə qadın arasında dostluq gecə düşər aradan qalxır (O. Bismark).
Dərin dostluqlar sərt düşmənçiliklə nəticələnir (M. Monten).
Həqiqi məhəbbətə necə az rast gəlmək olursa, həqiqi dostluğa ondan da az rast gəlinir (Laroşfuko).
İki qadının dostluğu üçüncüyə qarşı əlbir olmaq üçün yaranır (A.Karr).
Dostluq zəifləyərkən, soyuyarkən arada səylə göstərilmiş hörmət qalır (Şekspir).
Dostluqda ən mühim olan bir amil var – dost olmadan qala bilmək (Emerson).
Pis insanların dostluğundan, yaxşıların düşmənçiliyindən qaç (Epiktet).
Həqiqi dostluğu əldə etmək üçün ilk öncə sevməlisən (Şamfor).
Dostluq xidmət deyil ki, ona görə təşəkkür edəsən (Derjavin).
Dostluqda hər zaman biri digərinin quludur lakin bunu özlərinə belə etiraf etməzlər (Lermentov).
Xoş günlərdə dostlarımız bizi tanıyır, pis günlərdə isə biz dostlarımızı tanıyırıq (Kollinz).
Çox dostu ilə öyünən şəxsin heç bir dənə də dostu yoxdur (S. Koldric).
Hər kəs istəyir ki, dostu olsun, amma özü dost olmur (A. Karr).
P.S: Yuxarıda deyilən aforizmlərə sizin münasibətiniz necədir? Siz dostluğu necə və nədə görürsünüz?
|