cavabsiz sevgi

Səbr etdim yenədə səni gözlədim,
Sənin eşqinlə mən fəryad eylədim.
Sevirəm sözünü sənə söylədim,
Eşqimi cavabsiz qoydun sevgilim…

Oturub indi de səni düşündüm,
Məhəbbət yolunu indi düşündüm.
Mən səni sevərək dillərə düşdüm,
Eşqim cavabsiz qoydun sevgilim…

Alişdim-odlandim mən birdən birə,
Dolaşdim dünyani mən eldən elə.
Quş kimi qonaraq mən güldən gülə
Eşqimi cavabsiz qoydun sevgilim…

Məni sevdiyinə ümüd edimmi?
Yalniz ürəyimi sənə verimmi?
Sevirəm sözünü sənə deyimmi?
Eşqimi cavabsiz qoydun sevgilim…