bu-sevda

Nahaqdan olmuşam mən haqq gəzirəm,
Başima bir bəla günah gəzirəm.
Mən ki,bu məhəbbətdən uzaq gəzirəm,
Hardan ürəyimə doldu bu sevda.

Dərdə əyilməzdim eşqə əyildim,
Bu eşqi tanrinin cəzasi bildim.
Mən ki,bu sevdaya hazir deyildim,
Hardan ürəyimə doldu bu sevda..