Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.
Krem üçün: 2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz) 300 q kərə yağı
Bankaları
qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun.
Qoyun 2 saat ərzində bişsinlər. Qazandakı su çəkildikcə bir kənarından
qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun
içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın,
yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər
soyusunlar. Sonra açın.
Bir qabda yağı mikserlə ağaranadək çalın.
Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə
əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi
soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.
ADDIM 2 - Xəmiri hazırlayın
Xəmir üçün lazım olan ərzaqlar: 3 yumurta 1 stəkan şəkər tozu 3 xörək qaşığı bal 100 qram kərə yağı 1 çay qaşığı soda 3 -3.5 stəkan un
Yumurta
və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və
qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su
qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə
yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz
isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər.
Təxminən 5 dəqiqə ərzində.
Sonra qarışdırmağa davam edərək, bu
kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq.
Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin.
Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir
bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra
bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə
çox yapışqan qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un
qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun,
xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.
Kündələrdən
birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm
ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa,
onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan
dairə nazik alınacaq. QEYD: İstəyə görə bu tort dördbucaq şəklində də
hazırlana bilər.
Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə
biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən
sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa
texnologiyadan istifadə edirəm - dairənin kənarlarını bişməzdən əvvəl
kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab
qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən
çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən
sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.
Layları
bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək
bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan
sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan
qopsun.
ADDIM 4 - Tortu hazırlayın
Layların
arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın.
Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa,
onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə
hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki,
yumuşalsın.
ADDIM 5 - Nuş Olsun!(tortunuzu yeyəndə məni yada salın:)