Суббота, 18.05.2024, 13:59
Приветствую Вас Гость | RSS
XOŞ GƏLDİNİZ
Главная
Регистрация
Вход
BAS SEYFE

Мини-чат

Наш опрос
Оцените мой сайт
Всего ответов: 27

Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0

Block title

Форма входа



Aforizmlər
İnsan həyatı kibrit qutusuna bənzəyir. Ona ciddi münasibət - gülüncdür, qeyri-ciddi münasibət - təhlükəlidir.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Tək qalmaqdan daha pis şeylər də vardır həyatda, amma bir ömür lazımdır bunun başa düşmək üçün..O zaman da çox gecdir və çox gecdən daha pis bir şey yoxdur həyatda...

*_*_*_*_*_*_*_*_*_*_*_*

-Bəs niyə mən sənin yanında olanda belə diqqətli və qayğıkeş deyildin?
-Çünki bilmirdim sənsizlik nə deməkdir!

*_*_*_*_*_*_*_*_*_*_*_*

Ən ağrılı olan odur ki, əziz insanın sənə desin: Toxunma mənə!

*_*_*_*_*_*_*_*_*_*_*_*

Ən qatı düşmənlərinizin sizin üzünüzə deyəcəkləri ən xoşagəlməz sözlər, ən yaxşı dostlarınızın arxanızca dedikləri ilə müqayisədə heçnədir!

*_*_*_*_*_*_*_*_*_*_*_*

Məhəbbət! Heç vaxt gözləyəndə gəlmir, o, gözlənilməyən qonaqdır. Məkrli yolun yolçusudur, bədəndən əvvəl qəlbi yorur, qəlbdən də əvvəl bədəni..

*_*_*_*_*_*_*_*_*_*_*_*

Yalnız uşaqkən gülər insan, digərləri gülmək deyil. Çünki insan böyüdükcə komik şeylərə deyil, ağrılara gülməni öyrənər.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Qadın dedi qadın elədi! Əgər qadın dedi, amma eləmədisə deməli qadın zarafat etdi.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Orda burda deyil, sadəcə qəlbimdəsən.

*_*_*_*_*_*_*_*_*_*_*_*

O, əşyalarını topladı, qızıllarını da götürdü, evdən çıxdı. Amma ən dəyərlini evdə qoyub getmişdi, yoldaşını.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Qadın kişinin hər şeyini götürür,hətta soyadını da.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Dualarımdasan daha sevgilim. Ən gözəl yerdəsən, RƏBBimlə mənim aramdasan.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Atanın sevgisi elə sevgidir ki,heç vaxt xəyanət etməz və satılmaz.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Gözünü yum sevgilim, xəyal et, sən və mən. İkimizi xəyal et, ondan sonrası izah edilməyəcək qədər gözəldi, sus və yaşa.

*_*_*_*_*_*_*_*_*_*_*_*

Başqasına yad sirri etibar etmək — xəyanət, öz sirrini etibar etmək — ağılsızlıqdır.



Eşq nə vaxt bitər bilirsənmi ? Bitdi dediyində ürəyin ağrımırsa.

Sizə zamanını ayırmayan birinə, Əsla özünüzü yormayın

Kədərlənmə övlad, İtirdim sandıqların, xilas olduqlarındır bəlkə.

Sevmək bəlkə bir şeydir; amma sevildiyini bilmək çox şeydir.

İnsan; Keçmişin həsrətçisi, gələcəyin həsrətçisi, yaşadığı anın şikayətçisidir.

Sevdirməyə cəhd göstərmə özünü, sevilməyə tərk et.

Sevməyi filan deyil, təkliyi öyrən! -Çünki ən çox ona ehtiyacın olacaq...

Zaman unutdurmaz dostlarım, yalnız keyidər.

Kifayət qədər dürüstsənsə, çox aşiq və həqiqətən sevirsənsə; Hazırsan deməkdir: artıq bədbəxt ola bilərsən.

Boş insanlarla içi dolu xəyallar qura bilməzsiniz .

Mənim də ürəyim boş artıq, Eynilə sizin beyniniz kimi...

İnsanların, sənin haqqında nə düşündüklərini əhəmiyyət verməyərək, ömürünü uzada bilərsən məsələn

Sadə kişi, bütün qadınlara gözəlsən deməyi seçər. Sadə qadın buna inanar, çətin qadın gülər və keçər. həyat davam edər.

Tunelə girdiyinizdə diqqət yetirin dostlarım, ümid sandığınız işıq qatar farası ola bilər.

Bu qədər yaxşı niyyətli olmayın, Çünki ən yaxın bildiyiniz vəfasız çıxa bilər və sizi düşmənləriniz deyil də dostlarınız yıxa bilər.

Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdə sənsə; Məndən uzaq ol...

Tək olmaq, Səhv yerdə və səhv bir ürəkdə olmaqdan yaxşıdır.

Kürəyindən vurana əsəbləşmə, ona güvənib arxanı dönən sənsən. Arxandan danışana da incinmə, onu insan yerinə qoyan yenə sənsən.

Səni heç bir zaman bağışlamayacağam", içərisində "Səni heç bir zaman unutmayacağam"ı da saxlayar.

Unutmayın dostlarım, Daha çox sevən tərəf, itirməyə daha yaxın tərəf olar həmişə.

Anladım ki; Həyatında birinin olmaması deyil, birinin həyatında ola bilməməkmiş təklik.

Gülmənin dəb olduğu bir dövrdə ağlayıram... Gənc olmanın dəb olduğu bir dövrdə yaşlıyam... Səni sevmənin daha az cəsarət istədiyi bir dövrdə, səndən nifrət edirəm...

Həmişə qəliblərə uyğun gəlməyi rədd etdim. Gəldiyim nöqtə bu; Digərlərindən daha bədbəxt, bi o qədər ümidsiz amma başım hamısından daha gözəl.

Bir çiçəyin böyüməsi bizi nə qədər kədərləndirirsə, ölüm də o qədər kədərləndirməli. qorxunc olan ölüm deyil, yaşanan ya da yaşana bilməyən həyatlardır.

Şübhəsiz ki ən böyük ön fikir; ətrafımızdakı hər kəsi insan sanmamızdır.

Qadınlara yalan danışmaqdan çəkinməyin. Yetər ki özləri üçün deyildiyini bilsinlər.

Xoşbəxt bir təklik, bədbəxt bir birlikdən yaxşıdır dostlarım.

Sənin unuda bilmədiyin, daim səndən uzaqda olandır...

Ən böyük acıı, Başqalarıyla paylaşmağa cəsarət edə bilmədiyin ağrıdır.

Bir insanı sevmək mümkünmü sən tərəfindən ? yaxşı tanımadığınız biri isə bəlkə. mən insanları pəncərədən seyr etməyi sevərəm...

İnsanlar yorğun, Həyat tərəfindən cəzalandırılmış, Ya sevgiylə ya da sevgisizliklə Şikəst olmuş.

İllərin, mənə öyrətdiyi şeylərdən biri də bu oldu; Xoşbəxtliyi tutmuşsansa, sorğulama.

Məncə içmək, hər gün təkrarlana bilən və sabahısı gün təkrar həyata dönülə bilən bir intihar şəklidir.

Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, yapışmağa çalışdığımız iplər çox qısadır.

Eşq bir əmrə çevrildiyində, nifrət həzzə çevrilə bilər.

Birini nə qədər çox sevsən, Həyat onu səndən o qədər uzaqlaşdırar...

Dünyadakı ən saf insan olduğunu iddiaya edən kəslər, əslində şeytana məsləhətçilik edə biləcək tutumda kəslərdir. Unutmayın

Cəsur insanın təxəyyül məhduddur. Qorxaqlıq pis bəslənmənin bir nəticəsidir.



1. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.
2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. (Aristotel)
3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)
4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
6. Hər gün insan üçün yeni bir həyatdır. (R.Beyker)
7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır. (Ş.Bodler)
8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)
10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. (A.Dante)
11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. (Ezop)
13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır. (C.Fuller)
15. Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər. (M.Gəncəvi)
16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir. (İ.Höte)
18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir. (V.İrvinq)
19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (D.Karnegi)
21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
22. Həyat əvvəldən axıradək öyrənməkdir. (J.Labrüer)
23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir. (Menandr)
25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur. (C.Məmmədquluzadə)
26. Nəfsinin hakimi olan dünyanın ağası olar. (Naməlum)
27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir. (Napoleon)
28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən. (F.Nitsşe)
29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik. (C.Robertson)
31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır. (C.Santayana)
32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir. (B.Spinoza)
34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir. (U.Şekspir)
36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər. (İ.Ten)
37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır. (Q.Təbrizi)
38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür. (L.Tolstoy)
39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər. (O.Uayld)
40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir. (Van Qoq)
41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)
43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)
44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)




Aforizmlər
Yaxşılıq etməyi bacarmırsansa heç olmasa pislik etmə.

Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, deyəcəyəm anamdır.

Ürəklər insanlara xəyallarının arxasından getmək məcburiyyətində olduqlarını niyə söyləmirlər ?
Çünki bu vəziyyətdə ən çox ürək əzab çəkər. Və ürəklər əzab çəkməyi xoşlamazlar.

Bir vaxtlar varlığı ilə Səni həyata bağlayan insan, indi yoxluğuyla Səni həyatdan qoparır.

Sevgi, bu dinclikdir,
Həyatın melodiyası isə birgə döyünən ürəklərdir...

Sərvət insanı insan etmir
xoşbəxt, və xoşbəxtlik insanı insan edir.

Yuxunun məğlub edə bilmədiyi heç bir ağrı yoxdur.

Həyat hər kəs üçün acı, çünki mənim boş yerə dilədiklərimə sahib olmuş nə qədər insanlar gördüm, onlar da xoşbəxt deyil..

Əgər kimsə gizlicə səndən pıçıldaşırsa narahat olma...
Sadəcə sən irəlidə oluğunu düşün!

A.Eynştenə "Dünya Gözəllik Kraliçası” olan xanım; "Gəl evlənək,uşağımız da mənim qədər gözəl və sənin qədər ağıllı olsun” deyir.
Eynşteynin cavabi isə çox məntiqli olur; "Bəs mənim qədər çirkin və sənin qədər axmaq olarsa?!..

Şərxoş insanlar, çox vaxt sentimental əhvalda olurlar...

Nə qədər sevirsən sev, bir gün ayrılacaqsan,
Nə qədər yaşayırsan yaşa, bir gün öləcəksən,
Nə qədər əməl edirsən et, bir gün hesab verəcəksən.

Hansı dəniz, hara tökülür mənə nə... Mən öz içimdə boğularkən...

Qadın sevgi uğruna hər şeyə hazırdır, hətta sevişməyə də. Kişi isə sevişmək üçün hər şeyi fəda etməyə hazırdır, sevməyi belə.

Ağızlar açılmırsa, deyiləcək əhəmiyyətli bir şey var deməkdir.

Hər kəsin cəhənnəmi fərqlidir. Yalnız alov və ağrıdan ibarət deyil. Əsl cəhənnəm, yolunda getməyən həyatındır.

Ayrılıq canımı əlimdən aldı,
Biz deyil, ayrılıq qələbə çaldı.
Qəlbimdə bəslədim deyə bilmədim,
Sənə deyiləsi çox sözüm qaldı...

Bir gülüşü çətinləşdirən insanlar var həyatımda, yoxsa məni güldürən şeylər yoxdur?

Hər sərvətin arxasında bir cinayət var.

İnsan öz-özü ilə, içində olan ikinci "mən" ilə danışarkən çox şey öyrənir...
Aforizmlər






Календарь
«  Май 2024  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz

  • Поиск
    Googlede Axtar

    ...
    Flag Counter


    Copyright MyCorp © 2024